Türkiyənin Antalya şəhərində liseydə 10-cu sinifdə oxuyan iki şagird arasında baş verən dava ağır hadisə ilə nəticələnib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, şagirdlərdən biri sinif yoldaşını maket bıçağı ilə əlindən, qolundan və boynundan yaraladıqdan sonra binanın üçüncü mərtəbəsindəki pəncərədən aşağı atılıb.
Məktəbin pilləkənlərində başlayan davanın hansı səbəbdən yarandığı hələlik məlum deyil.
Hadisə barədə məlumat daxil olduqdan sonra məktəbə polis və təcili tibbi yardım briqadaları göndərilib. Yaralı şagirdlərə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra hər ikisi təcili yardım avtomobilləri ilə xəstəxanaya aparılaraq müalicəyə alınıb.