logo
logo logo
logo

"Bitcoin" bu hadisədən sonra kəskin bahalaşdı

21:54 - 23 Noyabr 2026

\"Bitcoin\" bu hadisədən sonra kəskin bahalaşdı

“Bitcoin” kriptovalyutasının qiyməti “Nvidia” şirkətinin təsisçisi Censen Huanqın baş direktor vəzifəsinə qaytarılması barədə açıqlamadan sonra sürətlə yüksəlib.


    Manset.az xəbər verir ki, “Binance” platformasının məlumatlarına görə, qərardan əvvəl “Bitcoin” 0,78 faiz bahalaşaraq 61 304 dollar səviyyəsində ticarət olunurdu.

    Açıqlamadan sonra kriptovalyutanın qiyməti 64 603 dollara çatıb. Bu isə 6,21 faizlik artım deməkdir.

    Daha sonra artım tempi zəifləyib.

    Moskva vaxtı ilə saat 18:46-da “Bitcoin” 62 645 dollar səviyyəsində ticarət olunub. Bu zaman gündəlik artım 2,99 faiz təşkil edib.

    Eyni vaxtda “Ethereum”un qiyməti 2,69 faiz yüksələrək 1 766 dollara çatıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az