Kolumbiyanın mərkəzi hissəsində yerləşən Meta departamentinin inzibati mərkəzi Vilyavisensio şəhərində dünən gecə qubernatorluq binasının yaxınlığında güclü partlayış baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kolumbiyanın Vilyavisensio şəhərində qubernatorluq binasının yaxınlığında bomba yüklü avtomobillə törədilən partlayış nəticəsində 21 nəfər yaralanıb.
Yaralılar arasında 5 təhlükəsizlik əməkdaşı da var.