logo
logo logo
logo

Şagirdin valideyni müəllimi bıçaqladı

17:40 - 25 Noyabr 2026

Şagirdin valideyni müəllimi bıçaqladı

Türkiyənin Dənizli vilayətinin Buldan rayonunda şagird valideyni 42 yaşlı M.S. aralarında münaqişə olan ingilis dili müəllimi 52 yaşlı Ərcan Çəlikyurdu məhkəmə binasının qarşısında kürəyindən bıçaqlayaraq yaralayıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə saat 10:00 radələrində Buldan Ədliyyə binasının qarşısında baş verib. Əli Tunaboylu Peşə və Texniki Anadolu Liseyində ingilis dili müəllimi işləyən Ərcan Çəlikyurd hələlik məlum olmayan səbəbdən məhkəmə işi olan M.S. ilə binadan çıxarkən qarşılaşıb.

Tərəflər arasında başlayan mübahisə qısa müddətdə davaya çevrilib. M.S. üzərindəki bıçaqla müəllimin kürəyindən xəsarət yetirib.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və polis əməkdaşları göndərilib. Yaralı müəllim təcili tibbi yardım avtomobili ilə Buldan Döş Xəstəlikləri Xəstəxanasına çatdırılıb. Müalicəsi başa çatdıqdan sonra xəstəxanadan evə buraxılıb.

Hadisədən sonra polisə təslim olan M.S. saxlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az