ABŞ Ukraynaya növbəti hərbi yardım göndərdi

12:36 - 11 Fevral 2022

ABŞ Ukraynaya növbəti hərbi yardım göndərdi

ABŞ-dan Ukraynaya hərbi yardımın növbəti partiyası göndərilib. Ukraynaya silahlar iki təyyarə ilə çatdırılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat yayıb.

Onun sözlərinə görə, budəfəki hərbi yardımın çəkisi 130 tondur.

O, “Javelin” tank əleyhinə sistemlərin, qumbaraatanların və digər müdafiə vasitələrinin Kiyevə gətirildiyini açıqlayıb.

Xatırladaq ki, ABŞ bir müddət əvvəl də Ukraynaya müxtəlif növ silah-sursat göndərmişdi. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az