Zelenski ilə Makron arasında telefon danışığı oldu

22:34 - 12 Fevral 2022

Zelenski ilə Makron arasında telefon danışığı oldu

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Manset.az xəbər verir ki, bu barədə Ukrayna lideri özü bildirib.

Onun sözlərinə görə, dövlət başçıları təhlükəsizlik vəziyyətini və Normandiya formatında, Təmas Qrupunda danışıqların intensivləşdirilməsini müzakirə ediblər.

"Emmanuel Makronla dialoqu davam etdirdik. Ona Ukraynaya səfərinə görə təşəkkür etdim. Biz N4 (“Normand dördlüyü” - red.), ÜƏQ (Üçtərəfli Əlaqə Qrupu -red) çərçivəsində təhlükəsizlik vəziyyəti və sülh prosesinin intensivləşdirilməsi yolları haqqında danışdıq. Son beynəlxalq danışıqlar barədə fikir mübadiləsi apardıq. Emmanuel Makronun gərginliyin azaldılması prosesində şəxsi iştirakını yüksək qiymətləndirirəm”, - Ukraynanın dövlət başçısı tviter səhifəsində yazıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az