“Ukraynada mümkün müharibə fəlakətlə nəticələnəcək”- BMT baş katibi

22:25 - 18 Fevral 2022

“Ukraynada mümkün müharibə fəlakətlə nəticələnəcək”- BMT baş katibi

“BMT-nin baş katibi Antoniu Quterreş dünya liderlərinin Ukrayna ilə bağlı təmaslarını davam etdirəcəyinə ümid edir və mümkün müharibənin fəlakətlə nəticələnəcəyinə inanır”.

Manşet.az xəbər verir ki, bu barədə baş katibin sözçüsü Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, baş katib dünya liderlərinin bu məsələnin həlli uzun müddət tələb etsə belə, danışıqları davam etdirəcəyinə inanır:

“Münaqişə təkcə Ukrayna əhalisi üçün deyil, bütövlükdə region üçün fəlakət olacaq. Baş katibin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində avropalı və digər tərəfdaşlarla bir sıra təmasları olub”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az