“Çətin ki, Zəngəzur dəhlizinin yaranmasının qarşısını almaq ola” – Rusiyadan ŞƏRH

12:38 - 19 Fevral 2022

“Çətin ki, Zəngəzur dəhlizinin yaranmasının qarşısını almaq ola” – Rusiyadan ŞƏRH

“Zəngəzur dəhlizi ilə bağlı məsələ artıq siyasi yolla həll olunub”.

 

Manset.az xəbər verir ki, bu barədə rusiyalı politoloq, “Valday” klubunun eksperti, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaenko Oxu.Az-a açıqlamasında deyib.

O qeyd edib ki, bu, üçtərəfli sazişdə nəzərdə tutulub:ç

“O, yüksək səviyyədə dəstəklənir, Rusiya və Azərbaycan hökumətlərinin konkret bəyanatları var. Ermənistanda müxalifətin hərəkətləri bu nəqliyyat dəhlizinin həyata keçirilməsinə necə mane ola bilər? Heç bir formada. Başa düşürəm ki, Ermənistandakı son seçkilərin nəticələri Ermənistan müxalifətini, xüsusən də Rusiya tərəfindən dəstəkləndiyinə ürəkdən əmin olan Robert Koçaryanı qane etmədi. Lakin Moskva qanuni hakimiyyətlə iş görür.

Təbii ki, Nikol Paşinyanın daxili siyasi mövqeləri indi zəifləyib, onun istənilən hərəkəti müxalifətin tənqidinə səbəb olacaq. Üstəlik, Zəngəzur dəhlizi məsələsi Ermənistanda çox siyasiləşib. Ermənistanda kim bu layihəni həyata keçirməyə başlasa, müxalif qüvvələrlə üzləşəcək. Amma mən düşünürəm ki, çətin ki, Zəngəzur dəhlizinin yaranmasının qarşısını almaq ola”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az