Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Manset.az xəbər verir ki, “TASS”a istinadən xəbər verir ki, bu barədə qərarı paytaxt Nur-Sultanın İxtisaslaşdırılmış Rayonlararası İstintaq Məhkəməsi verib.
İstintaqın digər detalları açıqlanmayıb.
Xatırladaq ki, Murat Bektanov daha əvvəl ölkədəki kütləvi iğtişaşlar zamanı heç bir tədbir görməməkdə şübhəli bilinərək saxlanılmışdı.