Gürcüstan öz diplomatlarını ailələrini Ukraynadan çıxarmağa çağırdı

11:50 - 22 Fevral 2022

Gürcüstan öz diplomatlarını ailələrini Ukraynadan çıxarmağa çağırdı

Gürcüstanın Xarici İşlər Nazirliyi ölkənin Ukraynadakı səfirliyinin əməkdaşlarına öz ailə üzvlərini bu ölkədən çıxarmağı tövsiyə edib.

 

Manset.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstan XİN-in Mətbuat xidməti yayıb.

Bildirilir ki, ölkənin Ukraynadakı diplomatik missiyasının rəhbəri və əməkdaşlar ölkədə qalaraq fəaliyyyətini davam etdirəcək.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Ukraynanın şərqindəki “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası”nın tanınmasına dair fərman imzalayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili Ruisyanın bu addımını tənqid edib, Ukrayna dövləti və ölkə Prezidentinə öz dəstəyini ifadə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az