Rusiya Dövlət Duması “Donetsk və Luqansk Xalq Respublikaları” ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqda müqaviləni ratifikasiya edib.
Manset.az TASS-a istinadən xəbər verir ki, təsdiqlənən sənəd Prezident Vladimir Putin tərəfindən gündəliyə salınıb.
Təsdiqləndiyi gündən qüvvəyə minən qanun iqtisadiyyat, müdafiə, sərhədlərin mühafizəsi, etnik azlıqların haqlarının qorunması və s. sahələri əhatə edir.