Ukraynanın bir sıra şəhərlərində həyəcan siqnalı verilib.
Manset.az xəbər verir ki, bu məsələ ilə bağlı Ukrayna Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.
Nazirlik həyəcan siqnalı bitənə qədər sakinlərə evlərini tərk etməməyi tapşırıb.
“Vətəndaşlar Fövqəladə Hallar Xidmətinin saytına daxil olub bütün göstərişlərlə tanış ola bilərlər”, - deyə Ukrayna Daxili İşlər Nazirliyinin spikeri Yelena Matveyeva bildirib.