Rusiya-Ukrayna müharibəsi başladı - Hansı ölkənin hərbi gücü çoxdur? (ŞOK RƏQƏMLƏR)

10:55 - 24 Fevral 2022

Rusiya-Ukrayna müharibəsi başladı - Hansı ölkənin hərbi gücü çoxdur? (ŞOK RƏQƏMLƏR)

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra iki ölkənin hərbi imkanları ön plana çıxıb.Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyata başladıqlarını açıqlayıb.

Manset.az-ın məlumatına görə, hərbi analitiklər Ukrayna ordusunun 2014-cü illə müqayisədə daha güclü və daha hazırlıqlı olması ilə razılaşsalar da, Rusiyanın hərbi inventarının genişliyi diqqət çəkir.

Ukraynanın hərbi xərclərinin ümumi daxili məhsula nisbəti 2021-ci ildə 5,9 milyard dollarla 4,1 faiz təşkil edib.

Digər tərəfdən, Rusiyanın 2021-ci ildə ordusuna ayırdığı xərclərin ümumi daxili məhsula nisbəti 61,7 milyard dollarla yüzdə 4,3 oldu.

Rusiya havada və quruda əhəmiyyətli üstünlüyə malikdir.

Rusiya ordusunda 850 min fəal hərbi qulluqçu, 250 min ehtiyatda olan və 200 min hərbiləşdirilmiş qüvvə olduğu halda, Ukrayna ordusunda 250 min aktiv hərbi qulluqçu, 250 min ehtiyatda olan və 50 min hərbiləşdirilmiş qüvvə var.

Quru qoşunları baxımından Rusiya 12 min 420 tank, 30 min 122 zirehli texnika, 6 min 574 özüyeriyən artilleriya, 7 min 571 yedəkli artilleriya və 3 min 391 mobil yaylım atəş sistemi ilə Ukrayna üzərində üstünlüyə malikdir. Ukraynanın isə 2596 tankı və 12303 zirehli maşını var.

Rusiya Hərbi Hava Qüvvələrində 772 döyüş təyyarəsi, 739 hücum təyyarəsi və 2000-dən çox helikopter, Ukraynada isə 69 döyüş təyyarəsi, 29 hücum təyyarəsi və 60-a yaxın helikopter var.

1 təyyarədaşıyan, 15 esmines, 70 sualtı qayıq və 11 freqatla Rusiya da esminesi və sualtı qayığı olmayan, yalnız bir freqatı olan Ukraynaya qarşı bu sahədə üstünlük qazanır.

Rusiya rəsmilərinin vurğuladığı digər mühüm amil isə əllərində olan nüvə başlıqlarının sayıdır. Rusiyanın nüvə arsenalında 4490 döyüş başlığının olduğu təxmin edilir ki, onlardan 1600-ü ballistik raketlərdə və strateji bombardmançı təyyarələrdə yerləşdiriləcək.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az