Ukrayna Daxili işlər nazirliyi Rusiya ordusunun Şastye şəhərini (Luqansk vilayəti) ələ keçirdiyi ilə bağlı informasiyaları təkzib edib.
Manset.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hazırda şəhər Ukrayna Silahlı qüvvələri və “Luqansk-1” taboru tərəfindən müdafiə olunur.
Daxili işlər nazirinin müşaviri Anton Geraşşenko rus tanklarının keçməməsi üçün Severskiy Donets çayı üzərindəki körpünü partlatdıqlarını açıqlayıb.// Musavat.com