Narkotik maddə aludəçisi anasını və atasını güllələdi - Ölən var (FOTOLAR)

12:39 - 24 Fevral 2022

Narkotik maddə aludəçisi anasını və atasını güllələdi - Ölən var (FOTOLAR)

Türkiyədə Şanlıurfanın Qarakörpü rayonunda narkotik aludəçisi gənc mübahisə etdiyi valideynlərinə güllə atıb.

Manset.az xəbər verir ki,  narkotik istifadə etdiyi iddia edilən İbrahim Halil Badıllı yaşadıqları kompleksin ikinci mərtəbəsində mübahisə etdiyi anası 76 yaşlı Hanifə və atası Emin Badıllıya atəş açıb. Oğlanın anası hadisə yerində ölüb.

Vəziyyəti ağır olan gəncin 81 yaşlı atası Emin Badıllı reanimasiyaya yerləşdirilib. 

Valideynlərinə tapança ilə atəş açan gənc zirzəmidə aşkarlanıb və o, polislər tərəfindən həbs edilib.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az