Ukraynada atəş nəticəsində 3 sərhədçi öldü

13:05 - 24 Fevral 2022

Ukraynada atəş nəticəsində 3 sərhədçi öldü

Rusiya qüvvələri Ukraynanın Skadovska bölgəsində olan ölkə sərhədçilərini helikopterdən atəşə tutub.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Dövlət Sərhəd Xidməti yayıb.

Bildirilir ki, atəş nəticəsində 3 ukraynalı sərhədçi ölüb. Həmçinin yaralıların da olduğu qeyd olunur.

“Buna baxmayaraq, sərhədçilər döyüşü davam etdirir”, - deyə məlumatda vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az