Litvada Ukrayna ilə bağlı fövqəladə vəziyyət elan olundu

13:50 - 24 Fevral 2022

Litvada Ukrayna ilə bağlı fövqəladə vəziyyət elan olundu

Litvada Ukraynadakı vəziyyətlə əlaqədar olaraq fövqəladə vəziyyət elan olunub.

 

Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Litva Prezidenti Gitanas Nauseda bu barədə fərman imzalayıb.

Nauseda ölkə parlamentindən fərmanı təsdiq etməyi xahiş edib.

Ölkə Prezidentinin imzaladığı bu fərman parlamentin növbədənkənar sessiyasında təsdiq ediləcək. Parlamentin sədri Viktoriya Çmilite-Nilsen öz növbəsində, növbədənkənar sessiyanın tez bir zamanda çağırılacağını deyib.

“Bloomberg” agentliyinin məlumatına görə isə, Nauseda bildirib ki, Ukraynanın Avropa İttifaqına daxil olmaq üçün namizəd statusu verilməsini təklif edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az