Rus ordusunu dayandırmaq üçün özünü partlatdı- ŞOK HADİSƏ

22:13 - 25 Fevral 2022

Rus ordusunu dayandırmaq üçün özünü partlatdı- ŞOK HADİSƏ

Ukraynalı hərbçi Vitali Skakun Volodimiroviç Xerson vilayətinin Heniçesk şəhərinə doğru irəliləyən Rusiya tanklarını dayandırmaq üçün özünü partladıb.

Manşet.az xəbər verir ki, Ukrayna Ordusu Heniçesk körpüsündə baş verən partlayışın düşmənin hərəkətini əhəmiyyətli dərəcədə yavaşlatdığını bildirib.

Silahlı Qüvvələrin rəsmisi bildirib ki, cəsur mühəndis körpünü minalarla təchiz etmək kimi təhlükəli missiyanı yerinə yetirmək üçün könüllü olub.

Bura Rusiyanın ilhaq etdiyi Krımla Ukraynanı birləşdirən əsas strateji nöqtədir.

“Körpü minalanıb, lakin Vitali oradan uzaqlaşa bilməyib”, - Silahlı Qüvvələrin Baş Qərargahından bildiriblər.

 




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az