Avropa İttifaqı ölkələri rusiya Prezidenti Vladimir Putinlə xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq etmək barədə razılığa gəliblər.
Manşet.az xəbər verir ki, bu barədə Avstriya xarici işlər naziri Aleksander Şallenberq məlumat yayıb. Bildirilir ki, Aİ Putinlə Lavrovun aktivlərinin dondurulmasına razılaşıblar. Belə bir sanksiya paketinin təsdiqlənməsi gözlənilir. Onlar həmçinin Rusiya banklarına və sənayesinə qarşı sanksiyalar tətbiq etmək istəyirlər.
Əlavə edilib ki, Putin və Lavrov tədbirlər çərçivəsində səyahət qadağasına məruz qalmayacaq.
Avropa İttifaqı Putin və Lavrovun bank hesablarını da donduracaq.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen sanksiyaların qəbul edildiyi zaman “Rusiya iqtisadiyyatına və siyasi elitasına maksimum təsir göstərəcəyinə” ümid edir.
***
Aİ xarici işlər nazirləri Putinlə Lavrovun adının sanksiya tətbiq edilənlər siyahısına salınmasına qərar verib. Bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.