Kiyevdə partlayış səsləri eşidildi

23:40 - 25 Fevral 2022

Kiyevdə partlayış səsləri eşidildi

Kiyevdə elektrik stansiyasının ətrafında beş partlayış səsi eşidilib.

Manşet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, Kiyev meri Vitali Kliçko xalqı sığınacaqlara üz tutmağa çağırıb.

Mer qeyd edib ki, şəhərin şimalındakı elektrik stansiyası yaxınlığında 3-5 dəqiqəlik beş partlayış səsi eşidilib:

"Detalları öyrənirik. Hazırkı vəziyyət Kiyev üçün təhlükə yaradır. Səhərə yaxın çox çətin olacaq”.

Vitali Kliçko əlavə edib ki, şəhərdəki körpülər mühafizə və xüsusi nəzarət altındadır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az