Ukraynada Kiyev-Jitomir avtomobil yolunda körpü partladılıb.
Manşet.az xəbər verir ki, hadisə Stoyanka kəndi yaxınlığında baş verib.
Körpünün partladılması nəticəsində Kiyev və Jitomir şəhərləri arasında yerləşən bu körpü ilə hərəkət etmək qeyri-mümkün olub. Hadisənin detalları hələlik açıqlanmır.
Xatırladaq ki, Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin irəliləməsinə mane olmaq və onların qarşısını almaq məqsədilə körpüləri partladırlar.