Ərdoğan Zelenski ilə danışdı

17:34 - 26 Fevral 2022

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə telefonla danışıb.

Manşet.az xəbər verir ki, telefon söhbətində Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və son vəziyyət müzakirə edilib.

Ərdoğan Rusiya hücumlarında həyatını itirən Ukrayna vətəndaşları üçün başsağlığı verib, yaralılara şəfa diləyib.

Türkiyə lideri daha çox itkinin yaşanmaması və Ukraynanın zərər görməməsi üçün tezliklə atəşkəs elan edilməsi üçün çalışdıqlarını bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az