“Nə qədər lazımdırsa, mübarizə aparacağıq” - Zelenski

22:57 - 26 Fevral 2022

“Nə qədər lazımdırsa, mübarizə aparacağıq” - Zelenski

“Nə qədər vaxt aparsa da, ölkəni xilas etmək üçün mübarizə aparacağıq”.

 

Manset.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski yeni videomüraciətində deyib.

O bildirib ki, uşaqlar artıq sığınacaqlarda doğulubsa, şübhəsiz, müharibədə düşmənin şansı yoxdur:

"Ukraynalıların ölkəni müdafiə istəkliliyi işğal ssenarisini pozdu. Ölkə azad olunana qədər mübarizə aparacağıq”.

Zelenski ölkəsini tərk etməsi ilə bağlı məlumatı təkzib edib:

"Mən buradayam və silahlarımızı yerə qoymayacağıq. Dövlətimizi qoruyacağıq. Çünki silahımız həqiqətdir. Həqiqətimiz isə bu torpaqlar, ölkə və uşaqlar bizimdir. Biz bütün bunları qoruyacağıq”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az