Ukraynada həlak olan azərbaycanlıların kimliyi məlum oldu - Yenilənib

12:50 - 27 Fevral 2022

Ukraynada həlak olan azərbaycanlıların kimliyi məlum oldu - Yenilənib

Ukraynanın Odessa şəhərində həlak olan azərbaycanlıların kimliyi məlum olub.

Manset.az report-a istinadən xəbər verir ki, onlar Rəhim İsmayılov, Qabil İsmayılov və Nemət İsmayılovdur.

Hər üç şəxs yaxın qohumdurlar.

Xatırladaq ki, ötən gecə Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin avtomobil karvanı diversiya qrupu tərəfindən atəşə tutulub. Nəticədə 3 azərbaycanlı dünyasını dəyişib.

11:17

Ukraynanın Xarkov şəhərində küçə döyüşləri zamanı bir azərbaycanlı həlak olub.

Manset.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib.

Hazırda şəhərdə ağır döyüşlərin getdiyini deyən S.Adıgözəlli qeyd edib ki, ölən şəxs tələbədir və küçədə atışma zamanı güllələnib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az