Lukaşenko Ukraynanın Belarus ərazisindən atəşə tutulduğunu etiraf etdi

14:54 - 27 Fevral 2022

Lukaşenko Ukraynanın Belarus ərazisindən atəşə tutulduğunu etiraf etdi

"Rusiya Belarus ərazisindən Ukraynaya atəş açıb".

Manset.az UNİAN-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə deyib.

“Münaqişə başlayandan Belarusun cənubundan 2-3 raket zərbəsi endirilib, çünki Kiyev sərhədə yaxın 3-4 raket batalyonu yerləşdirib", - Belarus lideri qeyd edib.

O, Ukrayna şəhərlərini atəşə tutan rus diversiyaçılarına kömək etdiyini də etiraf edib.

Lukaşenko, həmçinin iddia edir ki, heç kim Kiyevi bombalamayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az