Milanda Moda həftəsi 2022/2023 - payız-qış mövsümünün kolleksiyasını təqdim edən “Giorgio Armani” brendinin nümayişi ilə başa çatıb.
Manset.az Super.ru-ya istinadən xəbər verir ki, 87 yaşlı Corcio Armani nümayiş zamanı musiqidən istifadə etməyib. Dizayner yeni kolleksiyasını tam sakitlikdə təqdim etməyi qərara alıb.
Brendin rəsmi instaqram səhifəsində qeyd olunur ki, C. Armani bu addımı Ukraynada baş verən faciəyə hörmət əlaməti olaraq atıb.
Həmin nümayişdən videogörüntünü təqdim edirik: