Nüvə savaşı olacaqmı? - Pentaqon Moskvanın təhdidinə cavab verdi

12:16 - 28 Fevral 2022

Nüvə savaşı olacaqmı? - Pentaqon Moskvanın təhdidinə cavab verdi

ABŞ Rusiya prezidenti Vladimir Putinin çəkindirmə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçməsi ilə bağlı əmrinə reaksiya verib. xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Manset.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin saytında dərc olunan açıqlamada Pentaqonun Moskvanın nüvə raketlərini döyüşə hazır vəziyyətə gətirməsinə şübhə etmədiyi vurğulanır.

"Pentaqon Rusiya Federasiyasının nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirməsinə şübhə etmir. Olar özlərini qorumaq qabiliyyətinə əmindirlər. Yüksək rütbəli Pentaqon rəsmisi deyib ki, "Bizim bu xəbərlərin doğruluğuna şübhə etməyə heç bir əsasımız yoxdur". ABŞ rəsmisinin fikrincə, bu, Putin tərəfindən atılan lazımsız bir addımdır. Çünki Rusiya heç vaxt NATO tərəfindən təhdid olunmayıb. Təbii ki, Ukrayna tərəfindən də belə addım atılmayıb. Bu, eskalasiyadır,- məqalədə yazılıb.

Qeyd edilir ki, Pentaqon rəsmisi "Biz özümüzü, müttəfiqlərimizi və tərəfdaşlarımızı strateji çəkindirmə sahəsində qorumaq bacarığımıza əminik" ifadəsini də işlədib.

Xatırladaq ki, fevralın 27-də Rusiya prezidenti Vladimir Putin müdafiə naziri və baş qərargah rəisinə çəkindirmə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib.

Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç isə məsələyə reaksiya verərək deyib ki, bütün Ukrayna ordusu nüvə zərbələri ilə məhv edilərsə, Rusiyanını özünün Avropaya düşən hissəsi və Belarus uzun illər həyat üçün yararsız hala düşəcək. "Bu isə, Putinin ödəməyə hazır olduğu qiymət deyil".

Arestoviç Putinin ətrafının nüvə silahından istifadəyə razı olacağına da şübhə edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az