Ukrayna Baş Qərargahı çoxsaylı itkilərə baxmayaraq Rusiya ordusunun əsas məqsədi - Kiyevi ələ keçirməkdən vaz keçmədiyini bildirib.
Manset.az Unian.net saytına istinadən xəbər verir ki, bu barədə nazirlik Facebook-da yazıb.
“Çoxsaylı itkilərə və hücum tempinin azalmasına baxmayaraq, düşmən əsas hədəfindən – Kiyevi ələ keçirməkdən vaz keçmir. Şəhərin müdafiə qüvvələri tərəfindən düşmənə müqaviməty göstərilir”, - deyə açıqlamada deyilir.
Polesye, Xomutovka, Qluxov və Baturin istiqamətində hücumların qarşısının alındığı da əlavə olunub.
Ukrayna tərəfi Rusiya ordusunun Nikolayev və Mariupol şəhərlərini ələ keçirmək cəhdlərindən vaz keçmədiyini də bildirib.