Xarkovda “Qrad” atəşindən sonra yaralananların sayı açıqlanıb.
Manset.az xəbər verir ki, bu barədə Xarkov Şəhər Administrasiyası məlumat verib.
Xarkova endireilən artilleriya zərbələrindən sonra xəstəxanalara 15 hərbi və 16 mülki şəxs yerləşdirilib.
Yaralı mülki şəxslərdən biri sonradan keçinib.
Hazırda yaralı sayı dəyişə bilər, ölü sayı ilə bağlı dəqiq məlumat tezliklə açıqlanacaq.
Ümumilikdə, son sutka ərzində Xarkov Şəhər Klinik Xəstəxanasına 44 yaralı, o cümlədən 20 hərbçi gətirilib.
Onlardan 2 hərbçi və 5 mülki şəxs vəfat edib.