Xəbər verdiyimiz kimi, Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətinin Berdyansk və Enerqador şəhərlərinə tam nəzarəti ələ keçirib.
Manşet.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəsmi Tvitter hesabı Berdyansk şəhərindən video paylaşıb.
Görüntüdə ukraynalılar əli silahlı rus hərbçilərinin qarşısında etiraz aksiyası keçirirlər. Onlar, “evinizə gedin” şüarları səsləndirirlər.