Aİ Ukraynaya kəşfiyyat peyki ilə dəstək olacaq

19:58 - 28 Fevral 2022

Aİ Ukraynaya kəşfiyyat peyki ilə dəstək olacaq

Avropa İttifaqı (Aİ) Madriddəki peyk mərkəzindən Ukraynada Rusiya qoşunlarının hərəkəti ilə bağlı kəşfiyyat məlumatları təqdim etməyi xahiş edib.

Manşet.az APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell bildirib. O deyib ki, Aİ ölkələri Kiyevə hərbi dəstəyini daha da artırmaqda qətiyyətlidir.

Borrelin sözlərinə görə, Aİ-nin Rusiyaya tətbiq etdiyi sanksiyalar Avropa üçün baha başa gələcək: “Ancaq biz bunun bədəlini ödəməyə hazır olmalıyıq, yoxsa gələcəkdə daha yüksək bədəl ödəməli olacağıq”.

Ali Nümayəndə vurğulayıb ki, Rusiya ilə münasibətlər bundan sonra ticarətlə müəyyən edilməyəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az