Rusiyanın bu aviaşirkəti Azərbaycana uçuşları LƏĞV ETDİ

17:45 - 04 Mart 2022

Rusiyanın bu aviaşirkəti Azərbaycana uçuşları LƏĞV ETDİ

Rusiyanın “S7 Airlines” aviaşirkəti bir sıra beynəlxalq istiqamətlər üzrə reysləri ləğv edib.

 

Manset.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Misir, Tayland və Cənubi Koreyaya nəzərdə tutulan reyslər ləğv olunub.

Şirkət bir müddət əvvəl də Avropaya reysləri ləğv edib. Bildirilir ki, yuxarıda qeyd olunan ölkələr Avropa İttifaqından fərqli olaraq Ukraynadakı vəziyyət fonunda öz hava məkanlarını Rusiya aviaşirkətlərinin təyyarələri üçün bağlamayıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az