Zelenskidən NATO-ya ağır İTTİHAM

08:30 - 05 Mart 2022

Zelenskidən NATO-ya ağır İTTİHAM

Yeni hücumların və itkilərin qaçılmaz olduğunu bilən NATO şüurlu şəkildə Ukraynanın hava məkanını bağlamamağa qərar verdi. Bu gündən etibarən ölənlərin hamısının səbəbkarı siz olacaqsınız.

 

Manset.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Putin NATO-nun qərarını şərh edərkən deyib.

“Bu gün alyansın edə biləcəyi yeganə şey Ukraynanı 50 ton dizel yanacağı ilə təmin etməkdir! Yəqin, Budapeşt Memorandumunu yandırmaq üçün ki, daha yaxşı yansın”, - Zelenski qeyd edib.

Ukrayna Prezidenti NATO-nun hər kəsi, o cümlədən alyansın üzvü olan dövlətləri müdafiə edə biləcəyinə şübhə etdiyini bildirib:

“Bilmirəm, siz kimi qoruya bilərsiniz? Və müttəfiq ölkələrinizi qoruya bilirsinizmi? Ortaq Avropamız, ümumi azadlığımız, ümumi gələcəyimiz üçün tökülən qanımızın hər litrinin əvəzini litrlərlə yanacaqla ödəyə bilməyəcəksiniz”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az