Bir müddət əvvəl Kiyevə doğru hərəkət etdiyi bildirilən Rusiya ordusuna məxsus 64 km uzunluğundakı kalonla bağlı yeni məlumatlar yayılıb.
Manset.az xəbər verir ki, bu barədə “Maxar Technologies” məlumat yayıb.
Belə ki, peykdən çəkilmiş yeni görüntülərə əsasən, kalonun bəzi elementləri Lubyanka yaxınlığındakı meşələrə və meşəlik ərazilərə yerləşdirilib.
Peyk şəkilləri cümə axşamı Kiyev vaxtı ilə saat 11:37-də çəkilib.
Həmçinin peyklərin məlumatına görə, artilleriya və digər texnika Antonov aviabazasından təxminən beş kilometr şimal-qərbdə, Lubyanka yaxınlığında, seyrək ağac kolluğunda gizlənir.
