64 kilometrlik rus kalonu ilə bağlı YENİ MƏLUMAT - FOTO

08:50 - 11 Mart 2022

64 kilometrlik rus kalonu ilə bağlı YENİ MƏLUMAT - FOTO

Bir müddət əvvəl Kiyevə doğru hərəkət etdiyi bildirilən Rusiya ordusuna məxsus 64 km uzunluğundakı kalonla bağlı yeni məlumatlar yayılıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Maxar Technologies” məlumat yayıb.

Belə ki, peykdən çəkilmiş yeni görüntülərə əsasən, kalonun bəzi elementləri Lubyanka yaxınlığındakı meşələrə və meşəlik ərazilərə yerləşdirilib. 

Peyk şəkilləri cümə axşamı Kiyev vaxtı ilə saat 11:37-də çəkilib.

Həmçinin peyklərin məlumatına görə, artilleriya və digər texnika Antonov aviabazasından təxminən beş kilometr şimal-qərbdə, Lubyanka yaxınlığında, seyrək ağac kolluğunda gizlənir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az