Dünyanın ən yaxşıları arasında yer alan kanadalı snayperin ani bir qərarla gecə saatlarında Ukraynaya getdiyi öyrənilib.
Manset.az-ın məlumatına görə, "Vali" ləqəbli snayper "Ukraynaya kömək etmək istəyirəm. Bu qədər sadədir" deyib.
Valinin ukraynalılar tərəfindən sevinclə qarşılandığı bildirilib. İndi anbarlardan tank əleyhinə raketlər toplayan snayper bir həftə əvvəl bununla bağlı heç bir planı olmadığını deyib.
O, İraq və Əfqanıstanda geniş döyüş təcrübəsinə malikdir. Snayper Suriyada terror təşkilatlarına qarşı da döyüşüb.
Gülçin Nağıyeva