Jirinovski komadan AYILDI

15:06 - 11 Mart 2022

Jirinovski komadan AYILDI

 

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski komadan ayılıb və artıq köməkçiləri tərəfindən ona təqdim edilən sənədlərlə tanış olur, xəbərləri oxuyur.

 

Manset.az xəbər verir ki, Rusiyanın aparıcı mətbuat orqanlarına bu barədə qalmaqallı siyasətçiyə yaxın olan mənbədən məlumat verilib.

Mənbənin sözlərinə görə, Vladimir Jirinovskinin huşu tam özündədir.

Qeyd edək ki, V.Jirinovski fevralın 9-u Moskvanın Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Bəzi məlumatlara görə, siyasətçinin ağciyərlərinin 50-70% zədələnib və ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Jirinovskinin özü səkkiz dəfə COVID-19-a qarşı peyvənd olunduğunu bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az