Yle televiziyasının məlumatına görə, Finlandiya tərəfi Rusiyaya gedən mallar arasında sanksiyalar altında olan texnologiyaların olub-olmadığını öyrənir.
Manset.az xəbər verir ki, bu barədə cümə günü Yle televiziyası məlumat yayıb.
Finlandiyanın dövlət dəmir yolu şirkəti VR Rusiyadan gələn yüzlərlə yük qatarı ölkənin müxtəlif şəhərlərində Avropa İttifaqının sanksiyalarına məruz qalan yükləri daşıya bilməsi şübhəsi ilə dayandırıb.
VR-nin nəqliyyat üzrə kommersiya direktoru Eljas Koistinen Yle-yə deyib: “Hazırda müştərilər və müxtəlif maraqlı tərəflərlə onlarla (yüklə) nə edəcəyimizi müzakirə edirik”.
Televiziyanın məlumatına görə, Finlandiya tərəfi Rusiyaya gedən mallar arasında sanksiyalar altında olan texnologiyaların olub-olmadığını öyrənir.
Məlumata görə, Rusiya ilə Finlandiya arasında dəmir yolu ilə yüklərin daşınması tam dayanmasa da, nəzərəçarpacaq dərəcədə azalıb. Rusiya yükləri praktiki olaraq Finlandiya limanlarından keçmir, çünki gəmiçilik şirkətləri və beynəlxalq logistika şirkətləri onları qəbul etməkdən imtina edirlər.