Ukrayna Rusiya hərbçilərinin başlıca hərəkət istiqamətlərini açıqlayıb

14:06 - 11 Mart 2022

Ukrayna Rusiya hərbçilərinin başlıca hərəkət istiqamətlərini açıqlayıb

Rusiya Silahlı Qüvvələri gələcəkdə irəliləmək məqsədi ilə güclərini Ukraynanın Krivoy Roq, Kremençuq, Nikopolya və Zaporojyedək cəmləşdirir.

 

Manset.az UNİAN-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı feysbuk səhifəsində yayıb.

Məlumata görə, Rusiya hərbçiləri Polessk, Seversk, Cənubi Buq əməliyyat rayonlarında itki verərək dayanıb:

“Onlar əleverişsiz istiaqamətdə mövqelərini möhkəmləndirməyə cəhd göstərməyə məcbur olublar. Donetsk istiqamətində gedən ağır döyüşlərdə Ukraynanın müdafiəçiləri düşmənə cavab verərək hücumun sürətinin zəiflədiblər”.

Bildirilib ki, qarşı tərəf Ukraynanın içərilərində yerləşən Dnepr, Lusk və İvano-Frankovsk şəhərlərinə raket-bomba zərbəsi endirir:

“Donetsk və Tavriya istiqamətlərində rəqib hava hücumunda müdafiə sistemi qruplaşmalarını artırdığı müşahidə olunur”.

Bildirilib ki, Volınada hərbi obyektlərdə və vətəndaş infrastrukturlarında diversiyanın törədilməsi təhlükəsi qalmaqdadır.

Məlumata görə, rəqibin Nikolayev üzərində nəzarət planı reallaşmayıb, qarşı tərəf Zaporoje və Krivoy Roq istiqamətlərində irəliləyə bilməyib:

"Əhəmiyyətli sayda itki onları müdafiəyə keçməyə məcbur edib. Onlar hərtərəfli təminatı reallaşdırmağa cəhd göstərirlər”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az