Rusiya Belarusu müharibəyə cəlb etmək üçün Ukrayna ilə sərhəddə təxribat TÖRƏTDİ

18:50 - 11 Mart 2022

Rusiya Belarusu müharibəyə cəlb etmək üçün Ukrayna ilə sərhəddə təxribat TÖRƏTDİ

Rusiya təyyarələri Belarusun Silahlı Qüvvələrini müharibəyə cəlb etmək üçün Ukrayna ilə sərhəddə yerləşən Belarus yaşayış məntəqəsini atəşə tutub.

Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Komandanlığı məlumat yayıb.

Məlumata görə, Rusiya aviasiyası bu məqsədlə Ukrayna-Belarus sərhədi yaxınlığında yerləşən Kopani qəsəbəsinə hava zərbəsi endirib.

"Bu, təxribatdır. Məqsəd Belarus Silahlı Qüvvələrini Ukrayna ilə müharibəyə cəlb etməkdir", - məlumatda deyilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az