Xələf Xələfov: "Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi davam edir"

19:20 - 11 Mart 2022

Xələf Xələfov: \"Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi davam edir\"

"Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi davam edir".

Manşet.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Bu, böyük prosesdir. Humanitar fəlakət yaşanır. Təkcə azərbaycanlılar deyil, orada yaşayan digər millətlər də təxliyə edilir. Onlar, əsasən Avropaya üz tuturlar", - nazir müavini bildirib.

X.Xələfovun sözlərinə görə, bütün mövcud imkanlardan istifadə edərək azərbaycanlıların Vətənə gətirilməsi təmin olunur:

"Xarici İşlər Nazirliyinin əlaqədar qurumları səfirliklərlə birgə iş aparır. İmkan daxilində bu insanlar Azərbaycana gətirilir və yerləşdirilir".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az