Moskvada Putin-Lukaşenko görüşü bitdi - Yenilənib

19:52 - 11 Mart 2022

Moskvada Putin-Lukaşenko görüşü bitdi - Yenilənib

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya uçub.

Manşet.az xəbər verir ki, bu, tərəflərin son bir ayda ikinci şəxsi görüşü olacaq. Belə ki, bundan əvvəl Belarus və Rusiya liderləri fevralın 18-də danışıqlar aparıblar.

Prezidentlər görüş zamanı bölgə və Ukraynadakı vəziyyətlə yanaşı, iki ölkə arasında münasibətlərə dair məsələləri müzakirə edəcəklər.

***

Lukaşenko Moskvaya çatıb.

***

Lukaşenko ilə Putinin görüşü başlayıb.

***

Görüşdə Putin Lukaşenkonu konstitusiya referendumunun uğurla keçirilməsi münasibətilə təbrik edib: “Həm seçicilərin fəallığı yaxşıdır, həm də xalq dəstəkləyir”.

***

Putin: “Ukrayna ilə danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var”.

***

Lukaşenko: “İlin sonuna qədər insanlar Ukraynadakı münaqişəni unudacaqlar”.

***

Putin: “SSRİ həmişə sanksiyalar altında yaşayıb və uğur əldə edib”.

***

Putinlə Lukaşenkonun Moskva görüşü başa çatıb. Görüş 5 saatdan artıq davam edib. 

 



 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az