Almaniya kansleri Ukraynanın Aİ-yə daxil olması üçün meyarları açıqladı

20:11 - 11 Mart 2022

Almaniya kansleri Ukraynanın Aİ-yə daxil olması üçün meyarları açıqladı

“Aİ-yə daxil olmaq üçün aydın meyarlar var”.

Manşet.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Ukraynanın Avropa İttifaqına mümkün qəbulunu şərh edərkən bildirib.

“Fakt budur ki, bizim Aİ-yə üzvlük üçün çox aydın prinsip və meyarlarımız var. Onlar vacibdir, çünki yalnız bu yolla Aİ-nin sonrakı birliyi təmin oluna bilər. Bunlar iqtisadi, hüquqi məsələlər, demokratiya və qanunun aliliyi məsələləridir”, - Şolts qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az