Ukraynanın dövlət müdafiə şirkəti Ukroboronprom işləyən döyüş təyyarəsini təhvil verən rus əsgərlərinə 1 milyon dollar pul mükafatı verəcəyini açıqlayıb.
Manşet.az xəbər verir ki, sözügedən şirkət hazırladığı video çarxla rus əsgərlərinə çağırış edib.
Klipdə işləyən döyüş təyyarəsi gətirən rus əsgərlərinə 1 milyon, helikopter gətirənlərə isə 500 min dollar veriləcəyi açıqlanıb. Elan "Facebook" sosial media platformasında da yerləşdirilib.
sfera.az