“YouTube” dünyada Rusiya mediasının kanallarını bloklayır

23:11 - 11 Mart 2022

“YouTube” dünyada Rusiya mediasının kanallarını bloklayır

ABŞ-ın “Google” şirkətinə məxsus “YouTube” xidməti Rusiya dövləti tərəfindən maliyyələşdirilən media hesablarını bloklamağa başlayıb.

Manşet.az xəbər verir ki, bu barədə videohostinqin tviter səhifəsində yerləşdirilən bəyanatında deyilir.

“Biz həmçinin Rusiya dövləti tərəfindən maliyyələşdirilən media ilə əlaqəli YouTube kanallarına bütün dünyada girişi əngəlləyirik. Bu dəyişiklik dərhal qüvvəyə minir. Sistemlərimizin bunu tam şəkildə həyata keçirməsi üçün vaxt lazımdır”, - deyə məlumatda vurğulanıb

“YouTube” Rusiyadakı platformasında da bütün monetizasiya üsullarını dayandırıb.

Qeyd edək ki, Ukraynada davam edən müharibə ilə əlaqədar bütün Avropada “RT” və “Sputnik”in “YouTube” kanalları bağlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az