Ukraynanın Xerson vilayətində Rusiyanın 2 helikopteri vuruldu

22:39 - 12 Mart 2022

Ukraynanın Xerson vilayətində Rusiyanın 2 helikopteri vuruldu

Ukraynanın Xerson vilayətində Rusiyanın iki helikopteri vurulub.

Manset.az UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus helikopterləri Xerson vilayətinin Skadovski rayonu səmasında zərərsizləşdirib.

Helikopterin birinin pilotu ölüb, digərinki isə yaralı halda əsir götürülüb və xəstəxanaya aparılıb.

Məlumata görə, Rusiya aviasiyasının bu günə qədər 140-dan çox texnikası sıradan çıxarılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az