Amerika Birləşmiş Ştatlarının Sənaye və Təhlükəsizlik Bürosu Rusiyaya ixracı qadağan edilən malların siyahısını dərc edib.
Manset.az xəbər verir ki, siyahıda təxminən 570 adda müxtəlif məhsullar var.
Onların arasında bu məhsullar da var:
- spirt (xüsusilə burbon, tekila, rom, viski və şampan),
- tütün məmulatları (xüsusilə siqar və tütün),
- kosmetika və parfümeriya,
- qadın çantaları,
- təbii xəzdən hazırlanmış məhsullar,
- dəyəri min dollardan çox olan paltar və ayaqqabılar,
- Qiymətli daşlar və zərgərlik.
Məhdudiyyətlər həmçinin elektromobillərə, motosikletlərə və müxtəlif incəsənət növlərinə təsir edəcək.