Rusiya Ukraynanın itkilərini açıqladı - 18-ci gün

20:46 - 13 Mart 2022

Rusiya Ukraynanın itkilərini açıqladı - 18-ci gün

Ukraynada hərbi xüsusi əməliyyatın 18 günü ərzində Rusiya ordusu Ukraynanın 3736 hərbi infrastruktur obyektini məhv edib.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov bildirib.

"Əməliyyat zamanı ümumilikdə Ukraynanın 3736 hərbi infrastruktur obyekti sıradan çıxarılıb. 100 təyyarə, 139 pilotsuz uçuş aparatı, 1234 tank və digər zirehli döyüş maşını, 122 reaktiv yaylım atəşi sistemi, 452 artilleriya silahı və minaatan, 1013 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - Konaşenkov bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az