İndi müdafiə sıralarına daxil olmaq üçün seçimdən keçmək gərəkdir. Ukraynanın müdafiəsi üçün orduya könüllü silahlı birləşmələr cəlb olunur.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ictimai birliklər və könüllü birləşmələrlə əməkdaşlıq üzrə müvəkkili Andrey Lyaxoviç məlumat verib.
"Hər kəs əlindən gələni etməlidir. Döyüşməyi bacaran insanlar da var, təminat daşıya bilən də... İnsanlardan inciməyə ehtiyac yoxdur. Onları bildikləri işə yönləndirmək lazımdır. İlk növbədə döyüşən silahlı qüvvələrə və birləşmələrə mane olmamaq üçün faydalı iş görülməlidir”, - Lyaxoviç bildirib.