Sabah Rusiya-Ukrayna danışıqları olacaq

23:40 - 13 Mart 2022

Sabah Rusiya-Ukrayna danışıqları olacaq

Rusiya-Ukrayna danışıqları martın 14-də videobağlantı vasitəsilə davam etdiriləcək.

Manset.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, sabahkı danışıqların videoformatda olub-olmayacağı sualına “Bəli” cavabını verib.

Qeyd edək ki, fevralın 28-də Belarusun Qomel vilayətində ilk Rusiya-Ukrayna danışıqları keçirilib, görüş beş saat davam edib. Martın 3-də Belovejskaya Puşçada keçirilən danışıqların ikinci raundunun nəticələrindən biri tərəflər arasında sakinlərin təxliyyəsi üçün humanitar dəhlizlər haqqında razılaşma olub.

Martın 7-də Brest vilayətində nümayəndə heyətləri üçüncü dəfə görüşüblər. Martın 10-da Türkiyənin Antalya şəhərində keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba arasında da görüş keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az